Əsas anlayışlar
aktivlər
əldə edilmə üsulundan asılı olmayaraq istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri (maliyyə aktivləri, iqtisadi resurslar (neft və digər təbii ehtiyatlar da daxil olmaqla), daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, virtual aktivlər, habelə belə əmlak nemətlərinin əldə edilməsindən yaranan faizlər, dividendlər və ya digər gəlirlər, eləcə də bu əmlak nemətləri üzərində hüquqlarını təsdiq edən, elektron (rəqəmsal) da daxil olmaqla istənilən növ hüquqi sənədlər, həmçinin bu əmlak nemətlərinin əldə edilməsi üçün istifadə edilə bilən istənilən növ digər aktivlərdir
Mənbə: Hədəfli maliyyə sanksiyaları haqqında