KursMənim kursumBiliklərAnlayışlarHallar
Əsas anlayışlar

vətəndaş qüsursuzluğu tələbi

mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, səhmdar investisiya fondunda və idarəçidə rəhbər vəzifə tutan şəxslər, əmlak inzibatçısı və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmamasıdır

Mənbə: İnvestisiya fondları haqqında