Основные понятия
xarici hüquqi təsisat
xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya belə şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur